Avtomobiliniz yaz və yaya hazirdirmi?

Avtomobiliniz yaz və yaya hazırdırmı?

Yaz və yay ayları gəlməsilə bərabər başlayan səyahət planlarının qurulması zaman

yaddan çıxarmamalı vacib amillərdən biri də , bizimlə səhahət edəcək avtomobilin

mövsüm şərtlərinə nə qədər uyğun olub-olmamasını yoxlamaqdır. Xüsusəndə isti

havanın aşırı olduğu vaxtlarda lazımlı baxım görməyən avtomobilimiz bizə səyahət

zamanı xoş olmayan surprizlərlə qarşı-qarşıya qoya bilər.

Avtomobiliniz mövsüm istəklərini qarşılayın

Avtomobillərimizdə biz insanlar kimi mövsüm dəyişikliyinin təsirinə məruz qalır.

Avtomobilin hava şərtlərinin tələbinə uyğun baxımı həm nəqliyyat vasitənizin

performansını artıracaq həm də, səyahət güvənliyinizi artıracaq.

Yaz və yay aylarında avtomobilə hansı baxımları etmək lazımdır?

1 - Soyutma sistemi 

Yay aylarında ən çox baş verən hadisələrdən biri avtomobilin motorunun qızdırmasıdır.

Bunun qarşısını almaq üçün hər iki ildən bir soyutma sisteminin yenilənməsi məsləhət görülür.

Bu sizin belə hallar ilə qarşılaşma riskinizi minimum səviyyəyə endirəcək.

2 - Kondisioner

Yay aylarında ən çox rast gəlinən problemlərdən biri də avtomobilin salonunun

soyutma sistemidir. Kondisionerlərin yola cıxmamışdan öncə yoxlanışdan

keçməsi vacib amillərdən biridir.

3 - Şüşə silənlər

Yaz və yay aylarında ortaya cıxan toz və ya gözlənilməz təbiət

hadisələri zamanı şüşə silənlərin problemsiz işləməsi sizə səyahətinizdə

narahatşılıqdan uzaq edəcək.Əksinə olaraq zədələnmiş və ya köhnəlib

bərkimiş şüşə silənlər sizin görüş məsafənizi azaldacaq və bu da qəza

riskinin artması deməkdir.

4- Təkərlər

Avtomobilin təkərlərinin periodik kontrolunu etmək arzuolunandır.

Digər önəmli amil isə səyahətə yay təkərləri ilə çıxmaqdır.

Yayda qış təkərlərinin istifadəsi avtomobiliniz performansını aşağı

salmaqla yanaşı, benzin sərfiyyatını artırır və yolda bəzi təhlükələrə

səbəb ola bilər.

5 - Motor Yağı 

Motor yağı uzun yolculuqdan qabaq kontrol edilməlidir.

Əgər motor yağı azalıbsa yağ əlavə edilməli, motor yağı

və filtir isə vaxtı-vaxtında dəyişdirilməlidir.

6 - Əyləc sistemi

Yola çıxmamışdan qabaq həyatı önəm daşıyan avtomobil hissələrindən biri əyləclərdir.

Əyləc sistemi  mütləq 10 min km-də bir yoxlanışdan keçməlidir.

Комментарии

Пока нет ни одного отзыва. Оставьте отзыв первым
Написать отзыв
Имя
E-mail
Отзыв
Рейтинг