Azərbaycan və İran birgə avtomobil istehsal edəcəklər

Azərbaycan və İran birgə avtomobil istehsal edəcəklər

İran Prezidenti Həsən Ruhaninin Bakı səfəri ərəfəsində, İranın ticarət və sənaye naziri

Məhəmməd Rza Nemətzadə avtomobil istehsalı üzrə birgə müəssisənin təməlqoyma

mərasimində iştirak etmək üçün sabah Azərbaycana gələcək. Milli.Az xəbər verir ki,

bu barədə Trend-ə mənbə bildirib.

Avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikiləcək.

İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti birgə Dena, Rana, Soren və Samand markalı

avtomobilər istehsal edəcəklər.

Birgə müəssisənin illik gücü təxminən 10000 avtomobil təşkil edəcək.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə danışıqlarda

iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək.

Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə

sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bakıya səfəri çərçivəsində İran Prezidentinin Azərbaycan və Rusiya Prezidentləri ilə

ikitərəfli görüşləri də nəzərdə tutulur.

Комментарии

Пока нет ни одного отзыва. Оставьте отзыв первым
Написать отзыв
Имя
E-mail
Отзыв
Рейтинг